
İƏT Xarici İşlər Nazirləri Şurasının toplantısında Azərbaycan təmsil olunur
Redaksiya1 dəq oxu
İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 52-ci iclasında ölkəmizi xarici işlər nazirinin müavini Yalçın Rəfiyev təmsil edir.
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 52-ci toplantısı keçirilir. Bu beynəlxalq tədbirdə Azərbaycanı xarici işlər nazirinin müavini Yalçın Rəfiyev təmsil edir.
Cari ildə təşkil edilən iclas "Dialoq və həmrəylik: sülhün və davamlı inkişafın təşviqinin iki əsas sütunu" mövzusuna həsr olunub. Toplantıda regional və qlobal miqyasda həmrəyliyin gücləndirilməsi məsələləri nəzərdən keçirilir.
AzadAzərbaycan xəbər verir ki, İƏT Xarici İşlər Nazirləri Şurasının sözügedən 52-ci iclasının oktyabrın 18-də yekunlaşacağı gözlənilir.



