
Cey Di Vens 2028-ci il seçkilərində Trampın onu dəstəkləyəcəyinə inanır
Redaksiya1 dəq oxu
ABŞ-nin vitse-prezidenti Cey Di Vens 2028-ci ildə prezidentliyə namizədliyini verəcəyi halda Donald Trampın dəstəyini alacağını istisna etməyib.
ABŞ-nin vitse-prezidenti Cey Di Vens 2028-ci il prezident seçkilərində namizəd olacağı təqdirdə Donald Trampın onu müdafiə edəcəyini düşündüyünü bildirib.
Bununla belə, o, “2WAY” platformasına verdiyi müsahibədə 2028-ci ildəki seçkilərdə iştirak edib-etməyəcəyi ilə bağlı hələ dəqiq qərar vermədiyini və bu barədə Trampla söhbət etmədiyini diqqətə çatdırıb.
Vens vurğulayıb ki, hazırda onun prioritet məqsədi noyabr ayında baş tutacaq Konqresə aralıq seçkiləridir. O, bu prosesdə mümkün qədər çox respublikaçı namizədin qələbə qazanmasına kömək etməyə fokuslandığını sözlərinə əlavə edib.




