
Böyük Britaniyanın əsas hava limanlarına bomba təhdidi edilib
Britaniyanın Hitrou və Birmingem hava limanlarında bomba təhlükəsi ilə bağlı xəbərdarlıqlar alınıb, lakin uçuşlar qrafik üzrə davam edib.
AzadAzərbaycan xəbər verir ki, Böyük Britaniyanın Hitrou və Birmingem hava limanlarına bomba qoyulması ehtimalı ilə bağlı xəbərdarlıq daxil olub.
Mətbuatda dərc edilən məlumatlara əsasən, təhlükə siqnalları dərhal incələnib və bu durum aviaqovşaqların işinə mənfi təsir göstərməyib. Hitrou rəsmiləri daxil olan xəbərləri real təhdid olaraq qiymətləndirməyiblər.
Bu hadisə Avropa qitəsində son vaxtlar qeydə alınan oxşar təhlükə dalğası fonunda baş verib. Səhər saatlarında bir sıra sərnişin təyyarələri təhlükəsizlik məqsədilə təcili enişlər ediblər.
Ümumilikdə Avropa miqyasında qeydə alınan bomba hədələri 25 aviareysin qrafikində dəyişikliklərə səbəb olub. Hazırda hadisələrin arxasında kimlərin dayandığı hələlik rəsmi olaraq açıqlanmayıb.




