
Baş Dövlət Yol Polisi İdarəsindən piyadalara xəbərdarlıq edilib
Baş Dövlət Yol Polisi İdarəsi azyaşlı uşaqlarla hərəkət edən piyadaları təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırıb.
AzadAzərbaycan xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edərək azyaşlılarla yollarda hərəkət zamanı təhlükəsizlik qaydalarına əməl etməyin vacibliyini vurğulayıb.
Qurumun apardığı təhlillər göstərir ki, piyadaların iştirakı ilə baş verən qəzaların əksəriyyəti piyada keçidlərinin yaxınlığında və məhz sutkanın qaranlıq saatlarında qeydə alınır.
Bununla əlaqədar olaraq, sürücülər və piyadalar ehtiyatlı olmağa, yolu keçərkən telefondan və ya qulaqlıqdan istifadə etməməyə çağırılıb.
Yol polisi vətəndaşları svetoforun işıqlarına tabe olmağa, keçidlərdə ləngiməməyə və azyaşlıların təhlükəsizliyinə xüsusi diqqət yetirməyə dəvət edib.




