
Bakının Yasamal rayonunun bəzi küçələrində işıq olmayacaq
Yasamal rayonunun bir sıra ünvanlarında elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
AzadAzərbaycan xəbər verir ki, abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin xidmət ərazisində təmir işləri həyata keçiriləcək.
Bununla əlaqədar olaraq noyabrın 2-si saat 10:00-dan 13:00-dək Abuzər Xələfov, Mirəli Seyidov, Şəfayət Mehdiyev, Tələt Qasımov və Uluxanlı küçələrində, Hüseyn Cavid və Mətbuat prospektlərində, həmçinin İkinci Alatava yaşayış massivinin bir hissəsində işıq fasilələri müşahidə ediləcək.
Bildirilib ki, aparılan cari təmir və yenidənqurma tədbirləri enerji təchizatında keyfiyyət göstəricilərinin yüksəldilməsinə, eləcə də artan tələbatın etibarlı şəkildə qarşılanmasına xidmət edir.




