
Bakının iki rayonunda qaz təchizatı müvəqqəti dayandırılacaq
Redaksiya1 dəq oxu
Paytaxtın Xətai və Suraxanı rayonlarının bəzi ünvanlarında noyabrın 4-də qaz verilişində fasilələr yaranacaq.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən AzadAzərbaycan xəbər verir ki, Bakı şəhərinin Xətai və Suraxanı rayonlarında qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Məlumata görə, bu tədbir magistral qaz kəmərində aşkar edilmiş sızmanın aradan qaldırılması məqsədilə həyata keçirilir.
Noyabrın 4-ü səhər saat 10:00-dan etibarən təmir-bərpa işləri başa çatanadək qeyd olunan rayonların bəzi küçələrinə təbii qazın verilməsi dayandırılacaq.




