
Bakının bəzi ünvanlarında elektrik enerjisinin verilişi dayandırılacaq
Paytaxtın Yasamal rayonunun bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar işıqlar sönəcək.
Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.
AzadAzərbaycan xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Bildirilib ki, istehlakçıların daha keyfiyyətli və dayanıqlı enerji ilə təmin olunması məqsədilə noyabrın 2-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin xidmət ərazisindəki transformator məntəqəsində təmir işləri həyata keçiriləcək.
Bununla əlaqədar olaraq, rayonun Abuzər Xələfov, Mirəli Seyidov, Şəfayət Mehdiyev və Tələt Qasımov küçələrində, Uluxanlı küçəsində, həmçinin Hüseyn Cavid və Mətbuat prospektlərində, eləcə də İkinci Alatava yaşayış massivinin müəyyən hissəsində saat 10:00-dan 13:00-dək işıq olmayacaq.
Qurumdan vurğulanıb ki, aparılan təmir tədbirləri elektrik enerjisinin keyfiyyətinin artırılmasına və artan tələbatın ödənilməsinə xidmət edir.




