
Azərbaycanda kirayə mənzil mexanizmi üzrə yeni qaydalar tətbiq olunub
İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayə mexanizmində edilən dəyişiklikləri açıqlayıb.
Azərbaycanda kirayə mənzil mexanizminin daha əlçatan olması, sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaşın faydalanması, həmçinin sui-istifadə hallarına qarşı mübarizə məqsədilə oktyabrın 1-dən yeni qaydalar qüvvəyə minib.
AzadAzərbaycan xəbər verir ki, İpoteka və Kredit Zəmanət Fondundan verilən məlumata görə, yeniliklərə əsasən, kirayəçi öhdəliyini başqa şəxsə müqavilə bağlandığı tarixdən 3 il keçdikdən sonra ötürə biləcək.
Eyni zamanda, öhdəliyini ötürmüş şəxslər bu mexanizmdən həmin tarixdən 5 il sonra yenidən yararlanmaq hüququ qazanacaqlar.
Bundan əlavə, müraciət edən şəxsin Fondun vəsaiti hesabına verilmiş aktiv ipoteka kreditinin olmaması şərti müəyyənləşdirilib və yalnız müsbət ya da qənaətbəxş kredit tarixçəsi olanlar bu imkandan faydalana biləcəklər.




