
Amerika İrana qarşı yeni və genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşır
Donald Trampın əmri olacağı təqdirdə ABŞ ordusu 96 saat ərzində İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlaya bilər.
AzadAzərbaycan xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın müvafiq əmr verəcəyi təqdirdə Amerika Silahlı Qüvvələri 96 saat ərzində İrana qarşı yeni və genişmiqyaslı hərbi əməliyyatlara başlaya bilər.
Məlumatı təsdiqləyən amerikalı rəsmilər bildiriblər ki, Birləşmiş Ştatlar artıq mümkün hücumları həyata keçirmək üçün Yaxın Şərq regionunda kifayət qədər hərbi qüvvə və texnika yerləşdirib.
Qeyd olunur ki, planlaşdırılan hərbi əməliyyatların miqyası əvvəlki məhdud zərbələrdən əhəmiyyətli dərəcədə fərqlənəcək.
Belə ki, ABŞ ordusu bu dəfə yalnız İranın radar sistemlərini və raket buraxılış qurğularını deyil, digər strateji hərbi obyektləri də hədəfə ala bilər.




