
Ağstafada iki yeniyetmə qızı avtomobil vurub
Ağstafa rayonunda orta məktəbin yaxınlığında minik maşını iki yeniyetməni vuraraq xəsarət yetirib.
Ağstafa rayonunda iki piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
AzadAzərbaycan xəbər verir ki, rayon ərazisində hərəkətdə olan "Mercedes" markalı minik avtomobili 2010-cu il təvəllüdlü S.Əhmədovanı və eyni təvəllüdlü N.Qasımovanı vurub.
Qəza nəticəsində xəsarət alan hər iki yeniyetmə qız dərhal xəstəxanaya çatdırılıb. Müayinələrdən sonra onların səhhətinin kafi qiymətləndirildiyi bildirilir.
İlkin ehtimallara görə, hadisə orta məktəblərdən birinin yaxınlığında ehtiyatsızlıq ucbatından baş verib. Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.




