
Ağdaş, Yevlax və Mingəçevirin bəzi ünvanlarında işıq olmayacaq
Noyabrın 3-də Ağdaş, Yevlax və Mingəçevir rayonlarının müəyyən ərazilərində planlı təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq.
AzadAzərbaycan xəbər verir ki, noyabrın 3-də Ağdaş, Yevlax və Mingəçevir Elektrik Şəbəkələrinin xidməti sahələrində zəruri təmir işləri həyata keçiriləcək.
“Azərişıq” ASC-dən verilən məlumata görə, Ağdaş rayonunda 10 kilovoltluq hava xəttlərində aparılacaq bərpa tədbirləri səbəbindən saat 10:00-dan 14:00-dək Binələr, Cücük, Davudlu, Gürcüva, Malay, Maşad, Pirəyir kəndlərinin bir hissəsində işıq olmayacaq.
Yevlax rayonunda isə 10 kilovoltluq “Nasos” və “Nemətabad” xəttlərində icra olunacaq işlər zamanı saat 10:00-dan 15:00-dək Aşağı Qarxun, Yuxarı Qarxun, Xaldan, Qaraoğlan, Qəribli və Quşcu yaşayış məntəqələrində enerji təchizatı dayandırılacaq.
Mingəçevir şəhərində də eyni saat aralığında “Karxana” yarımstansiyasından qidalanan xətlərdə təmir və budama işləri görüləcək ki, bu da 20 Yanvar, Müslüm Maqomayev və Sahil küçələrində məhdudiyyətlərə səbəb olacaq.
Qurumdan bildirilib ki, işlər başa çatdıqdan sonra abonentlərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təminatı yaxşılaşdırılacaq.




