
AFFA "Qarabağ" klubunu cərimələdi: Fansız stadiona dəymiş zərər ödənilməlidir
Misli Premyer Liqasının IX turunda "Sabah"la qarşılaşan "Qarabağ" azarkeşlərinin intizam qaydalarını pozmasına görə cəzalandırılıb.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İntizam Komitəsinin növbəti toplantısında Misli Premyer Liqasının IX turunda keçirilmiş "Sabah" – "Qarabağ" qarşılaşması ilə bağlı qərarlar çıxarılıb.
Matç gedişində Ağdam təmsilçisinin azarkeşləri rəqib kollektivin ünvanına kütləvi şəkildə təhqiramiz şüarlar səsləndiriblər. Qayda pozuntusu cari mövsümdə artıq ikinci dəfə qeydə alındığı üçün "Qarabağ" komandasına 6 000 manat məbləğində cərimə tətbiq olunub.
Bununla yanaşı, görüş ərzində ağdamlı azarkeşlər arena ərazisindəki 27 oturacağı yararsız hala salıblar. İntizam Komitəsinin qərarına əsasən, stadiona vurulmuş maddi ziyanı da məhz "Qarabağ" klubu ödəməli olacaq.




