
Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirini qələbə ilə yekunlaşdırıb
15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Maltada keçirilən UEFA İnkişaf Turnirindəki son matçında Litva yığmasına qalib gəlib.
15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Maltada keçirilən UEFA İnkişaf Turnirində mübarizəni başa vurub.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının məlumatına əsasən, Aleksandr Qrossun baş məşqçi olduğu milli komanda sonuncu qarşılaşmada Litva yığması ilə üz-üzə gəlib. Əsas vaxtı 1:1 hesabı ilə başa çatan matçda komandamızın qoluna Zəfər İbrahim imza atıb. Oyun sonundakı penaltilər seriyasında 2:1 hesabı ilə üstünlük qazanan millimiz turniri qələbə ilə tamamlayıb.
Qeyd edək ki, U-15 yığmamız yarış çərçivəsində keçirdiyi əvvəlki iki oyunda Latviya seçməsinə 0:3, ev sahibi Maltaya isə 0:1 hesabı ilə məğlub olmuşdu.




