
ABŞ və İran arasında diplomatik razılaşma üçün danışıqlar davam edir
Redaksiya1 dəq oxu
Birləşmiş Ştatlar və İran arasında hərbi əməliyyatların dayandırılması istiqamətində mühüm irəliləyişlərin əldə olunduğu bildirilir.
AzadAzərbaycan xəbər verir ki, ABŞ ilə İran arasında müharibənin dayandırılması məqsədilə aparılan diplomatik danışıqlarda irəliləyiş qeydə alınıb.
Nüfuzlu "Bloomberg" nəşrinin yaydığı məlumata əsasən, tərəflər yekun anlaşmanın əldə olunmasına hər zamankindən daha çox yaxınlaşıblar.
Bildirilir ki, Tehran rəsmiləri əvvəlki sərt mövqelərindən geri çəkilərək, ölkənin nüvə proqramı ilə əlaqədar bəzi məsələləri də müzakirə etməyə hazır olduqlarını nümayiş etdiriblər.




