
ABŞ-da futbol matçından sonra silahlı insident olub
ABŞ-ın Alabama ştatında keçirilən futbol oyunundan sonra baş verən silahlı hücum nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb.
AzadAzərbaycan xəbər verir ki, Birləşmiş Ştatların Alabama ştatında futbol matçından dərhal sonra stadionun yaxınlığındakı küçələrdə qanlı insident yaşanıb.
Birmingem şəhər Polis Departamentinin məlumatına görə, ənənəvi olaraq təşkil olunan “Magic City Classic” qarşılaşmasından sonra “Legion Field” stadionunun ətrafında naməlum şəxslər tərəfindən atəş açılıb. Hadisə səyyar ticarətçilərin çalışdığı ərazidə qeydə alınıb və nəticədə 1 nəfər həyatını itirib, 8 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində apardıqları araşdırmalar zamanı bir neçə odlu silah aşkarlayaraq götürüblər. Faktla bağlı dərhal istintaq başladılıb və şübhəli şəxslərdən biri saxlanılıb.




