
Yeddiqat Azərbaycan çempionu Daniel Holostenko iki il müddətinə diskvalifikasiya edildi
Redaksiya1 dəq oxu
Azərbaycan Milli Antidopinq Agentliyi boksçu Daniel Holostenkonu məkan məlumatı pozuntusuna görə iki illik cəzalandırıb.
Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) qərarı ilə boks üzrə yerli yarışların qalibi Daniel Holostenko idmandan uzaqlaşdırılıb. İdmançıya iki il müddətinə diskvalifikasiya cəzası tətbiq olunub.
AMADA-dan verilən məlumata əsasən, cəzanın təyin olunmasına boksçunun məkan məlumatı qaydalarını pozması səbəb olub. Tətbiq edilən sanksiya cari ilin avqust ayının 31-dən etibarən rəsmi olaraq qüvvəyə minib.
Qeyd edək ki, cəzalandırılan idmançı Daniel Holostenko karyerası ərzində yeniyetmələr və gənclər arasında keçirilən birinciliklərdə 7 dəfə Azərbaycan çempionu tituluna yiyələnib.



