
Azərbaycanda şagirdlərin elektron yerdəyişməsi prosesinə start verilir
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi ümumi təhsil müəssisələrində şagirdlərin yerdəyişməsi prosesinin vaxtını açıqlayıb.
AzadAzərbaycan xəbər verir ki, ümumi təhsil müəssisələrində şagirdlərin elektron yerdəyişməsi prosesinin vaxtı müəyyənləşdirilib.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata əsasən, noyabrın 4-ü saat 15:00-dan etibarən II-VII sinif şagirdləri, noyabrın 5-i saat 15:00-dan isə VIII-XI sinif şagirdləri üçün bu proses aktivləşdiriləcək.
Qeyd edək ki, şagird yerdəyişmələri www.sy.edu.az elektron portalı vasitəsilə həyata keçirilir. İnternetə çıxışı olmayan vətəndaşlar isə müvafiq qurumların çağrı mərkəzlərinə və ya "ASAN xidmət" mərkəzlərinə müraciət edə bilərlər.
Məktəbəhazırlıq qrupları və I siniflər üzrə yerdəyişmə prosesinin nə vaxt başlayacağı barədə ictimaiyyətə əlavə olaraq məlumat veriləcək.




