
Ukrayna Azərbaycan şirkətlərini ölkənin bərpa prosesinə qoşulmağa çağırıb
Ukraynanın energetika naziri Denis Şmıqal Azərbaycan şirkətlərini ölkəsinin bərpası və modernizasiyası layihələrində iştiraka dəvət edib.
Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının fəaliyyətinin əsas prioritetlərindən biri Ukrayna ərazisinin bərpası və yenidən qurulmasıdır.
Bunu komissiyanın 14-cü iclasında çıxışı zamanı Ukraynanın energetika naziri və qurumun həmsədri Denis Şmıqal söyləyib.
Nazir diqqətə çatdırıb ki, rəsmi Kiyev Azərbaycan biznes strukturunu ölkənin bərpa planlarının hazırlanması və reallaşdırılmasında yaxından iştiraka dəvət edir.
O qeyd edib ki, mövcud müharibə təhlükələrinə, logistik çətinliklərə və digər maneələrə baxmayaraq, Azərbaycan şirkətləri bu prosesdə tərəfdaş kimi görmək istəyirlər.




