
The Economist: PURL proqramının dayandırılması Ukraynanın infrastrukturunun müdafiəsini çətinləşdirəcək
ABŞ-ın PURL proqramı çərçivəsində Avropa ölkələrinin vəsaiti hesabına Ukrayna üçün silah tədarükünü dayandırması Kiyevin kritik infrastrukturunu müdafiə etmək imkanlarını ciddi şəkildə məhdudlaşdıra bilər. Nəşrin məlumatına görə, Ukrayna ABŞ istehsalı olan "Patriot" hava hücumundan müdafiə sistemlər
ABŞ-ın PURL proqramı çərçivəsində Avropa ölkələrinin vəsaiti hesabına Ukrayna üçün silah tədarükünü dayandırması Kiyevin kritik infrastrukturunu müdafiə etmək imkanlarını ciddi şəkildə məhdudlaşdıra bilər. Nəşrin məlumatına görə, Ukrayna ABŞ istehsalı olan "Patriot" hava hücumundan müdafiə sistemləri üçün raketlərin 95 faizini, həmçinin F-16 qırıcıları üçün raketlərin böyük hissəsini məhz PURL proqramı vasitəsilə əldə edir. "PURL kritik infrastrukturumuzu qorumaq üçün əlimizdə olan yeganə həll yoludur", – jurnal Ukraynanın hava hücumundan müdafiəsində iştirak edən hərbçilərdən birinin sözlərini sitat gətirib.




