
ABŞ-də bit bazarından ucuz qiymətə alınan çərçivə qızıl çıxdı
Redaksiya1 dəq oxu
Amerikalı sakin köhnə əşyalar bazarından cəmi 1.5 dollara əldə etdiyi dekorativ çərçivənin əslində qızıldan olduğunu öyrənib.
ABŞ sakini Tatjana Brito ikinci əl əşyaların satıldığı bazardan ucuz qiymətə aldığı köhnə çərçivənin dəyərini öyrənəndə təəccüblənib.
O, dekorativ məqsədlə əldə etdiyi əşyanı avtomobilində günəş işığına tutarkən onun hissələrində solğun möhür olduğunu fərq edib.
Mütəxəssislərə müraciət edən qadına həmin çərçivənin sadə sarı örtüklü deyil, yüksək əyarlı qızıldan hazırlanan əl işi olduğu bildirilib.
Aparılan qiymətləndirmədən sonra unikal tapüntünün təxminən yeddi min dollar dəyərində olduğu müəyyənləşib.




