
Sabah havanın temperaturu 22 dərəcəyədək yüksələcək
Sabah Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi, rayonlarda isə bəzi yerlərdə yağış yağacağı gözlənilir.
AzadAzərbaycan xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, Bakı və Abşeron yarımadasında sabah hava dəyişkən buludlu və arabir tutqun olacaq. Paytaxtda əsasən yağmursuz hava şəraiti hökm sürsə də, gecə saatlarında bəzi şəhərətrafı ərazilərdə çiskinli yağış ehtimal olunur. Ərazidə şimal-qərb küləyi hakim olacaq.
Havanın temperaturunun gecə 13-16 dərəcə, gündüz isə 18-20 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 767 mm civə sütununa bərabər olacaq, nisbi rütubət isə gecə saatlarında 70-75 faiz, gündüz 60-65 faiz təşkil edəcək.
Ölkənin rayonlarında da havanın böyük əksəriyyətdə yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin gündüz saatlarında bəzi bölgələrdə arabir yağış yağacağı, ayrı-ayrı ərazilərdə prosesin şimşək və dolu ilə müşayiət olunaraq intensivləşəcəyi, uca dağlıq yerlərdə isə qara keçəcəyi ehtimal edilir. Dumanlı hava şəraiti müşahidə oluna bilər, şərq küləyi əsəcək.
Bölgələrdə havanın temperaturu gecə 11-16 dərəcə, gündüz 18-22 dərəcə isti olacaq. Dağlıq rayonlarda isə termometrlər gecə 5-10 dərəcə, gündüz 12-17 dərəcə istini göstərəcək.




