
Rusiyalı milyarderlərin sərvətində böyük azalma qeydə alınıb
Cari ilin əvvəlindən oktyabrın sonunadək Rusiyanın ən varlı iş adamlarının ümumi sərvəti 28 milyard dollardan çox azalıb.
AzadAzərbaycan xəbər verir ki, Rusiyanın ən varlı iş adamlarının ümumi sərvəti cari ilin əvvəlindən oktyabrın sonunadək 28 milyard dollardan çox azalıb.
Məlumata əsasən, ən böyük maliyyə itkisi "Norilsk Nikel" şirkətinin əsas səhmdarı Vladimir Potaninin başına gəlib. Onun şəxsi sərvəti 8,1 milyard dollar geriləyib.
Siyahının ikinci pilləsində "Onexim" investisiya fondunun qurucusu Mixail Proxorov qərarlaşıb. O, bu dövr ərzində 4,86 milyard dollar itirib. İlk üçlüyü isə sərvəti 3,8 milyard dollar azalmış Mixail Fridman tamamlayıb.
Eyni zamanda, maliyyə itkiləri ilə üzləşən iş adamları arasında "Telegram"ın həmtəsisçisi Pavel Durov, "NLMK" şirkətinin Direktorlar Şurasının sədri Vladimir Lisin və "NOVATEK"in ortaq sahibi Leonid Mixelson da yer alıblar.




