
Paltaryuyana iki ədəd atmaqla elektrik xərclərini azaltmağın üsulu
Paltaryuyan maşına atılan sadə vasitələrlə həm geyimləri daha təravətli etmək, həm də elektrik enerjisinə xeyli qənaət etmək mümkündür.
Yüksək elektrik sərfiyyatından və xüsusi yumşaldıcılardan istifadə olunmasına baxmayaraq paltarların istənilən qədər təmiz və xoş qoxmamasından gileylənənlər üçün faydalı üsul məlum olub. Məişətdə tətbiq edilən sadə addımlarla həm geyimlərin daha yumşaq qalmasını təmin etmək, həm də enerji xərclərini əhəmiyyətli dərəcədə azaltmaq olar.
Paltaryuyan maşının işləməsi zamanı parçaların bir-birinə sürtünməsi statik elektrik yaradır ki, bu da paltarların barabana yapışmasına və cihazın daha çox güc sərf etməsinə gətirib çıxarır. Bunun qarşısını almaq üçün alüminium folqadan ovuc içi böyüklüyündə iki ədəd möhkəm və bərk kürəcik hazırlayaraq maşının barabanına atmaq tövsiyə edilir.
Alüminium folqa yaranan statik elektriki zərərsizləşdirir, nəticədə paltarlar bir-birinə yapışmır və su ilə yuyucu vasitə toxumalara daha rahat nüfuz edir. Cihaz artıq yükə məruz qalmadan işlədiyi üçün enerji sərfi azalır. Eyni zamanda, qurutma funksiyası olan maşınlarda bu toplar hava dövranını gücləndirərək qurutma müddətini xeyli qısaldır.
Paltarların təbii yolla təravətli və təmiz olması üçün yuyucu vasitə bölməsinə iki çay qaşığı soda ilə yanaşı bir neçə damcı təbii limon yağı və ya ağ sirkə əlavə edilməsi məsləhət görülür. Limon yağı xoş ətir bəxş edir, sirkə isə parçanı yumşaltmaqla bərabər qızdırıcı elementi ərpdən qoruyur. Ərpsiz qızdırıcı suyu daha tez qızdırdığından əlavə elektrik qənaəti təmin edilir.
Diqqət yetirilməlidir ki, hazırlanan folqa kürəcikləri dərindən sıxılmalı və səthi tamamilə hamar olmalıdır. Belə olduqda onlar zərif parçalara zədə yetirmədən aylarla təhlükəsiz şəkildə istifadə edilə bilər.
Xəbəri dostlarınızla paylaşın




