
Noyabr ayında Səyyar ASAN xidmətin göstəriləcəyi rayonlar açıqlandı
Noyabr ayı ərzində ölkənin 10 müxtəlif regionsunda və yaşayış məntəqəsində vətəndaşlara Səyyar ASAN xidmət təşkil olunacaq.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi noyabr ayı ərzində 10 rayonda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanları elan edib.
Məlumata əsasən, Oğuz, Ağstafa, Şabran, Astara, Ucar və Xırdalanda vətəndaşlara noyabrın 3-dən 16-dək xidmət göstəriləcək. Xankəndidə noyabrın 3-dən 6-dək, Neftçalada 3-dən 13-dək, Biləcəridə 12-dən 26-dək, Ağdamda 13-dən 26-dək, Hacıqabulda isə noyabrın 17-dən 26-dək səyyar xidmət təşkil ediləcək.
Səyyar ASAN xidmət avtobusları həftələrin iş günləri saat 10:00-dan 17:00-dək fəaliyyətdə olacaq. İstisna olaraq, Neftçala rayonunda nəzərdə tutulan avtobusun iş rejiminin saat 11:00-dan 17:00-dək olacağı bildirilir.
Əhali səyyar xidmətlərin göstərilməsi qaydaları və digər təfərrüatlarla bağlı 108 Çağrı mərkəzinə (daxili nömrə 3) zəng edərək ətraflı məlumat əldə edə bilər.




