
Nigar Şabanova şəxsi həyatı ilə bağlı diqqətçəkən qərarını açıqladı
Redaksiya1 dəq oxu
Əməkdar artist Nigar Şabanova bir daha ailə həyatı qurmamaq qərarına gəldiyini bildirib.
AzadAzərbaycan xəbər verir ki, Əməkdar artist Nigar Şabanova şəxsi həyatına dair diqqətçəkən məqamları bölüşüb. Verilişlərdən birində qonaq olan sənətçi yenidən ailə qurmamaq qərarına gəldiyini diqqətə çatdırıb.
Xanəndə bu addımının əsas səbəbinin qız övladı böyütməsi ilə bağlı olduğunu vurğulayıb. O, övladının rahatlığını və ailədaxili mühiti hər şeydən üstün tutduğunu bəyan edib.
Nigar Şabanova evində yad bir kişinin yaşamasına razı olmadığını və bu səbəbdən şəxsi həyatında belə bir dəyişiklik etmək niyyətində bulunmadığını əlavə edib.




