
Mətanət İsgəndərli mədəkiçiltmə əməliyyatından və çəkisindən danışıb
Redaksiya1 dəq oxu
Əməkdar artist Mətanət İsgəndərli səkkiz saat davam edən çətin əməliyyat keçirdiyini və 45 kiloqram arıqladığını açıqlayıb.
AzadAzərbaycan xəbər verir ki, tanınmış müğənni Mətanət İsgəndərli qonaq olduğu verilişdə keçirdiyi mədəkiçiltmə əməliyyatı barədə ətraflı məlumat verib.
Sənətçi bildirib ki, səhnə həyatı hər zaman gözəllik tələb etdiyi üçün bu addımı atmağa məcbur qalıb və əməliyyat zamanı ciddi risklərlə üzləşib.
O, səkkiz saat əməliyyat masasında qaldığını və hətta ölümə belə qol çəkdiyini etiraf edib.
Mədəkiçiltmə əməliyyatından sonra 45 kiloqram arıqlamağı bacaran Əməkdar artist hələ kiçilmək üçün əlavə planlarının da olduğunu vurğulayıb.




