
Maliyyə Nazirliyinin strukturunda və səlahiyyətlərində mühüm dəyişiklik edilib
Redaksiya1 dəq oxu
Prezident İlham Əliyevin imzaladığı yeni fərmana əsasən, Maliyyə Nazirliyinin bəzi vəzifələri ləğv olunub.
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2009-cu il fevralın 9-da təsdiq edilmiş "Maliyyə Nazirliyi haqqında Əsasnamə"yə dəyişikliklər edilib.
Dövlət başçısının imzaladığı müvafiq fərmana əsasən, qurumun üzərinə düşən bəzi funksiyalar aradan qaldırılıb.
Sənədə əsasən, nazirliyin iri dövlət şirkətlərinin gəlir və xərc smetaları üzrə Komissiyanın Katibliyinin funksiyalarını yerinə yetirmək səlahiyyəti ləğv edilib.




