
Kiyev sakinlərini son beş ilin ən sərt və ağır qış mövsümü gözləyir
Redaksiya1 dəq oxu
Elektrik və su təchizatındakı ciddi problemlər fonunda Kiyev sakinləri son beş ilin ən ağır qışına hazırlaşırlar.
AzadAzərbaycan xəbər verir ki, Ukraynanın paytaxtında elektrik enerjisinin verilməsində yaranan fasilələr və su təchizatındakı çətinliklər getdikcə adi hala çevrilib.
Təxminən üç milyon əhalisi olan Kiyev şəhərinin sakinləri son beş ilin ən sərt qış mövsümünə hazırlaşmaq məcburiyyətində qalıblar.
Yaranan ağır vəziyyət səbəbindən şəhər sakinlərinin bir çoxu paytaxtı tərk etmək imkanlarını nəzərdən keçirirlər.
Paytaxtdakı mövcud durumla əlaqədar olaraq, Ukraynanın qərb bölgələrində yerləşən şəhərlərdə mənzil kirayəsi qiymətlərində kəskin artım qeydə alınıb.




