
Bu axşam Türkiyə Superliqasında Galatasaray və Fənərbağça dərbi matçı keçiriləcək
Türkiyə Superliqasının IX turu çərçivəsində İstanbulun iki nəhəng klubu - Galatasaray və Fənərbağça üz-üzə gələcək.
Türkiyə Superliqasının IX turu çərçivəsində bu gün futbol azarkeşlərinin səbirsizliklə gözlədiyi İstanbul dərbisi baş tutacaq.
AzadAzərbaycan xəbər verir ki, Galatasaray və Fənərbağça komandaları turnir cədvəlindəki mövqelərini möhkəmlətmək məqsədilə meydana çıxacaqlar.
Qarşılaşma sarı-qırmızılıların ev stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
Gərgin mübarizə keçəcəyi gözlənilən matçın baş hakimi FIFA referisi Atilla Karaoğlan təyin olunub.
Qeyd edək ki, hazırda turnir cədvəlində Galatasaray 19 xalla ikinci, Fənərbağça isə 16 xalla üçüncü pillədə qərarlaşıb.




