
Kilsə önündə şəkil çəkdirən azərbaycanlı qıza rusiyalı qadın irad tutdu
Kilsə qarşısında arxası mətbəyə tərəf dayanaraq foto çəkdirən azərbaycanlı qız rusiyalı qadının narazılığı ilə qarşılaşıb.
Sosial şəbəkələrdə rusiyalı bir qadının kilsə önündə foto çəkdirən azərbaycanlı gənc qıza verdiyi reaksiyanın əks olunduğu görüntülər yayılaraq müzakirələrə səbəb olub.
AzadAzərbaycan xəbər verir ki, qadın azərbaycanlı qızın kilsəyə arxasını çevirərək poz verməsini müqəddəs məkana qarşı hörmətsizlik kimi qiymətləndirib. O, narazılığını bildirərək, bu cür davranışın düzgün olmadığını vurğulayıb.
Buna baxmayaraq, azərbaycanlı qız qadının iradlarına əhəmiyyət verməyərək şəkil çəkdirməyə davam edib. Sözügedən kadrlar sosial şəbəkə istifadəçilərinin böyük marağına səbəb olub.




