
Aktrisa Xuraman Əlizadənin atası səhhətində yaranan problemlər səbəbindən əziyyət çəkir
Tanınmış aktrisa Xuraman Əlizadə sosial şəbəkədəki canlı yayımında atasının ağır xəstəliyindən danışaraq göz yaşlarını saxlaya bilməyib.
Azərbaycanlı aktrisa Xuraman Əlizadə ailəsində baş verən çətin durumdan bəhs edib. O, sosial şəbəkə hesabında açdığı canlı yayım zamanı atasının səhhətinin pisləşdiyini diqqətə çatdırıb.
Son dövrlərdə ünvanına səsləndirilən tənqidlərə və aqressiv olması ilə bağlı iddialara cavab verən sənətçi bu cür davranışının səbəbini yaşadığı mənəvi sarsıntılarla əlaqələndirib.
Valideyninin sağlamlıq durumundan danışarkən duyğusal anlar yaşayan aktrisa hər kəsi valideynlərin qədrini onlar sağkən bilməyə çağırıb. O, atanın yaşı ilə əlaqədar olaraq cərrahi müdaxilənin mümkün olmadığını və çarəsiz qaldıqlarını bildirib.




