
Jerar Depardyenin Rusiya əmlakını sataraq vəsaiti Ukrayna ordusuna köçürdüyü bildirilib
Tanınmış fransız aktyor Jerar Depardyenin Rusiyadakı daşınmaz əmlakını sataraq əldə etdiyi gəliri Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarına yönəltdiyi iddia edilib.
Əvvəllər Rusiya Prezidenti Vladimir Putinlə yaxın münasibətləri ilə tanınan fransız aktyor Jerar Depardie haqqında diqqətçəkən iddia irəli sürülüb. Aktyorun Rusiyadakı daşınmaz əmlakını sataraq əldə etdiyi vəsaiti Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarına yönəltdiyi bildirilib.
Bu barədə uzun illərdir “Gənclik” kinofestivalının rəhbəri olan ukraynalı kinoşünas və prodüser Andrey Xalpaxçı məlumat verib. O, xarici KİV-ə verdiyi müsahibədə Kiyevə dəfələrlə səfər edən məşhur aktyorla bağlı ictimaiyyətə məlum olmayan detalları açıqlayıb.
Prodüser qeyd edib ki, Depardie olduqca spesifik şəxsiyyət olsa da, onun Putinlə keçmiş dostluğu səbəbindən bəziləri tərəfindən arzuolunmaz şəxs elan edilməsinə baxmayaraq, Rusiya mülklərini satıb pulu Ukrayna ordusuna köçürüb. Eyni zamanda, Xalpaxçı aktyorun əvvəllər “Gənclik” kinofestivalına heç bir təmənna güdmədən qatıldığını da xatırladıb.
Xatırladaq ki, 2013-cü ildə Rusiya vətəndaşlığı alan aktyor daha əvvəl müharibəni sərt şəkildə tənqid etmiş, lakin rus mədəniyyətini hələ də sevdiyini vurğulamışdı.




