
Bakıdakı iaşə obyektində bıçaqlı kütləvi dava ölümlə nəticələndi
Paytaxtın Xətai rayonunda yerləşən kafelərin birində qeydə alınan kütləvi insident zamanı bir nəfər bıçaqlanaraq öldürülüb.
Bakı şəhərində yerləşən kafelərdən birində qanlı insident baş verib. Hadisə paytaxtın Xətai rayonunun Əhmədli qəsəbəsi ərazisində qeydə alınıb.
Məlumata görə, obyektin içərisində başlayan mübahisə qısa müddət ərzində kütləvi davaya çevrilib. Tərəflər arasında yaranan qarşıdurma zamanı soyuq silahlardan istifadə olunub və onlar bir-birlərinə bıçaqla hücum çəkiblər.
Baş verən dava nəticəsində bir nəfər ağır xəsarət alaraq həyatını itirib. Bildirilir ki, dünyasını dəyişən şəxs "Ceyhun Sabunçu" kimi tanınan Ceyhun adlı vətəndaşdır.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb. Ağır cinayəti törədən şəxsin və ya şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilir.




