
Gəncə-Mingəçevir-Gəncə marşrutu üzrə əlavə qatar reysləri təyin olunub
Redaksiya1 dəq oxu
Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar sərnişin sıxlığını nəzərə alan "Azərbaycan Dəmir Yolları" əlavə reyslər təşkil edir.
"Azərbaycan Dəmir Yolları" QSC Zəfər Günü və Dövlət Bayrağı Günü bayramları ilə əlaqədar sərnişin axınının artmasını nəzərə alaraq Gəncə-Mingəçevir-Gəncə istiqamətində əlavə qatar reysləri tətbiq edib.
Qurumdan verilən məlumata əsasən, əlavə qatar səfərləri noyabrın 8-də həm Gəncədən, həm də Mingəçevirdən həyata keçiriləcək.
Sərnişinlər gediş biletlərini "Azərbaycan Dəmir Yolları"nın rəsmi internet səhifəsindən, "ADY Mobile" mobil tətbiqi vasitəsilə və ya dəmiryol vağzallarının kassalarından əldə edə bilərlər.




