
Evdə bərəkətin qaçmaması üçün açarları bu yerlərə qoymayın
Xalq inanclarına görə, ev açarlarının qoyulması qadağan olan üç əsas yer açıqlanıb.
AzadAzərbaycan xəbər verir ki, evə daxil olan kimi açarları masa və ya çarpayının üzərinə atmaq adəti bir çox insanlarda geniş yayılıb. Lakin qədim inanclara əsasən, bu vərdiş evdəki ruzi-bərəkətə və ailə hüzuruna mənfi təsir göstərir.
Mütəxəssislər və xalq inancələri həmin əşyaların qəti şəkildə qoyulmaması lazım olan məkanları müəyyənləşdirib. Birinci belə yer yemək masasının üstüdür. Süfrə ailənin birliyinin və qonaqpərvərliyin simvolu olduğundan, çöldən gələn açarın ora qoyulması harmoniyanı poza bilər.
Digər təhlükəli zonalardan biri isə yataq otağı, xüsusilə də çarpayı və komodun üstüdür. Açarların xarici aləmlə əlaqəni təmsil etməsi səbəbindən onların dincəlmə yerlərinə qoyulması evdəki rahatlığı zədələyə bilər.
Sonda giriş qapısının qarşısı və ya birbaşa döşəmə də bu siyahıya daxildir. Açarların yerə və ya astanaya səliqəsiz şəkildə atılması diqqətsizlik əlaməti olaraq bədbəxtlik və uğursuzluq əlaməti kimi qiymətləndirilir.




