
Dondurulmuş qiyməni 15 dəqiqəyə əritməyin ən asan üsulu
Mətbəxdə vaxta qənaət etmək üçün dondurulmuş qiyməni cəmi 15 dəqiqəyə əritməyə imkan verən sadə üsul təqdim olunub.
Mətbəxdə axşam yeməyi hazırlayarkən dondurucudan çıxarılan qiymənin vaxtında əriməməsi xanımların tez-tez qarşılaşdığı çətinliklərdəndir. Ətin mərkəz hissəsinə istiliyin gec nüfuz etməsi səbəbindən ərimə prosesi bəzən saatlarla davam edir. Lakin sadə bir üsulla bu vaxtı minimuma endirmək mümkündür.
AzadAzərbaycan xəbər verir ki, bunun üçün qiyməni paketə qoyduqdan sonra daxilindəki havanı çıxarmaq lazımdır. Daha sonra oxlov və ya əl vasitəsilə əti hamarlayaraq tam nazik lövhə formasına salmaq, paket bağlandıqdan sonra runsuz şəkildə dondurucuya yerləşdirmək tövsiyə olunur.
Bu metod dondurucuda yerə qənaət etməklə yanaşı, qiymənin hər bir hissəsinin bərabər naziklikdə donmasını təmin edir. Qalın bükülmüş qiymənin əriməsi soyuq suda bir saatdan çox vaxt aparsa da, nazik formalı ət soyuq su dolu qabda cəmi 15 dəqiqəyə tam yumşalır.
Mütəxəssislər bildirirlər ki, bakteriyaların artmasının qarşısını almaq məqsədilə əti açıq havada, masa üstündə saxlamaq olmaz. Məhsulu yalnız soyuq suyun içərisində və ya soyuducunun aşağı rəfində əritmək sağlamlıq baxımından vacibdir.




