
Ağ Ev Rusiyanın Birbaşa İnvestisiyalar Fonduna sanksiyaların ləğvini müzakirə edir
Redaksiya1 dəq oxu
ABŞ administrasiyası Rusiyanın Birbaşa İnvestisiyalar Fonduna tətbiq edilən sanksiyaların yumşaldılması imkanlarını nəzərdən keçirir.
AzadAzərbaycan xəbər verir ki, Ağ Ev Rusiyanın Birbaşa İnvestisiyalar Fonduna qarşı tətbiq olunan sanksiyaların ləğv olunması məsələsini müzakirə edir.
Məlumata görə, Rusiya tərəfi sözügedən fondun ABŞ-yə dizel yanacağının çatdırılmasında vasitəçi qismində iştirak etməsini təklif edib.
Bunun həyata keçirilməsi üçün isə mövcud məhdudiyyətlərin yumşaldılması tələb olunur.
Hazırda məsələ ilə bağlı hələlik heç bir yekun qərar qəbul edilməyib.




