
Britni Spirsdən ailəsi və keçmiş əri ilə bağlı sərt ittihamlar
Amerikalı pop ulduz Britni Spirs ailə üzvləri və keçmiş həyat yoldaşı tərəfindən ona qarşı haqsızlıq edildiyini bildirib.
Amerikalı məşhur müğənni Britni Spirs yaxınları və keçmiş həyat yoldaşı Kevin Federlayn barədə diqqətçəkən iddialarla çıxış edib.
Sənətçi sosial şəbəkə hesabındakı paylaşımında bacısı Ceymi Linn və keçmiş ərinin ona qarşı sərt davrandığını, hətta arxasından iş çevirdiklərini qeyd edib. O, bacısının öz övladını qucağına almasına belə icazə vermədiyini, keçmiş ərinin isə tualetdən istifadə etməsinə mane olduğunu vurğulayıb.
Yaşadığı çətinliklərdən danışan ifaçı bildirib ki, illər boyu onunla qul kimi rəftar ediblər və hər zaman ailəsi üçün çalışıb. O, yaxın vaxtlarda özünə yeni ailə tapacağını qeyd edib.
Xatırladaq ki, daha əvvəl də Britni Spirs valideynlərinin onun həyatına uzun müddət qeyri-qanuni nəzarət etdiyini və səhhətindəki problemlərlə bağlı narazılıqlarını dəfələrlə dilə gətirmişdi.




