
Bakıda iki avtomobil toqquşdu: İdarəetmədən çıxan maşın klinikaya çırpıldı
Paytaxtın Binəqədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı avtomobillərdən biri idarəetməni itirərək yaxınlıqdakı tibb müəssisəsinə çırpılıb.
AzadAzərbaycan xəbər verir ki, Binəqədi rayonunun Cəfər Xəndan küçəsində yerləşən yol ayrıcında zəncirvari yol qəzası qeydə alınıb. Hərəkətdə olan "BMW" və "Hyundai" markalı nəqliyyat vasitələri toqquşub.
Şiddətli toqquşmanın təsirindən "BMW" markalı avtomobil idarəetmədən çıxaraq piyada səkisinə qalxıb və ərazidə yerləşən klinikanın binasına çırpılıb. Qəza nəticəsində səhiyyə müəssisəsinin şüşələri qırılaraq dağılıb.
Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslər dərhal yaxınlıqdakı klinikaya çatdırılaraq tibbi nəzarətə götürülüblər.




