
Bakı metrosunun Həzi Aslanov stansiyasından qatarların hərəkəti bərpa olundu
Redaksiya1 dəq oxu
Bakı metropoliteninin Həzi Aslanov stansiyasından İçərişəhər istiqamətində qatarların hərəkəti tam bərpa edilib.
AzadAzərbaycan xəbər verir ki, bu gündən etibarən Bakı metropoliteninin Həzi Aslanov stansiyasından İçərişəhər istiqamətinə qatarların hərəkəti bərpa olunub. Bununla da qeyd olunan xətt üzrə qatarların müntəzəm fəaliyyəti təmin edilib.
Xatırladaq ki, əvvəllər tətbiq edilən məhdudiyyətlərə görə qatarlar yalnız Həzi Aslanov stansiyasından Əhmədliyə qədər hərəkət edir və daha sonra geri qayıdırdı.
Aparılan əsaslı təmir və yenidənqurma işləri çərçivəsində dalan infrastrukturu tamamilə yenilənib. Eyni zamanda, yollar altı vaqonlu qatarların qəbul edilməsi məqsədilə uzadılıb.




