
Valdas Dambrauskas: Borussiya ilə matçdan sonra oyunçularımla fəxr edirəm
Sabah komandasının baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasında Almaniyanın Borussiya klubu ilə matçdan sonra fikirlərini bölüşüb.
AzadAzərbaycan xəbər verir ki, Sabah futbol klubunun baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsində Almaniyanın Borussiya Dortmund kollektivi ilə qarşılaşmadan sonra mətbuat konfransında iştirak edib.
Mütəxəssis məğlubiyyətlə başa çatan oyunu şərh edərək rəqibin yüksək keyfiyyətli oyunçulardan qurulduğunu qeyd edib. O, matç boyu yaxşı qol imkanları yaratdıqlarını və hücumda pis təsir bağışlamadıqlarını vurğulayıb.
Komandasının sərgilədiyi mübarizədən razı qaldığını bildirən baş məşqçi futbolçuları ilə qürur duyduğunu dilə gətirib.
Dambrauskas eyni zamanda rəqib kollektivi qələbə münasibətilə təbrik edib və Çempionlar Liqası matçlarının hər zaman böyük çətinliklərlə yadda qaldığını bildirib.




