
Arda Gülər Çempionlar Liqası matçından sonra Mbappedən üzr istədi
UEFA Çempionlar Liqasında "Real Madrid"in "Leyptsiq"ə qalib gəldiyi oyundan sonra Arda Gülər sosial şəbəkədə komanda yoldaşı Kilian Mbappeyə maraqlı müraciət edib.
AzadAzərbaycan xəbər verir ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçirilən "Real Madrid" - "Leyptsiq" qarşılaşmasında diqqətçəkən anlar yaşanıb. İspaniya təmsilçisinin vurduğu ikinci qol zamanı Kilian Mbappenin qapıya yönləndirdiyi topa son anda toxunan Arda Gülər fərqlənən tərəf olub və qol rəsmi olaraq onun adına yazılıb.
Müsabiqə başa çatdıqdan sonra türkiyəli gənc ulduz sosial media hesabında sözügedən epizodla bağlı paylaşım edib. Arda Gülər zarafatla fransa hücumçuya müraciət edərək topa toxunduğuna görə ondan üzr istədiyini bildirib.
Qeyd edək ki, sözügedən qarşılaşma "Real Madrid"in 4:1 hesablı inamlı qələbəsi ilə başa çatıb.




