
ABŞ-ın Venesuela siyasəti və neft sövdələşmələri suallar doğurur
ABŞ administrasiyasının Venesuela neftinin satışına nəzarət etməsi və əvvəlki rejimin nümayəndələri ilə razılaşmaları ölkədə narahatlıq doğurur.
AzadAzərbaycan xəbər verir ki, ABŞ rəhbərliyi Venesuela neftinin satışına nəzarət edir və onun ixracından əldə olunan gəlirləri idarə edir. Lakin keçmiş rejimin nümayəndələri ilə qurulan qeyri-şəffaf razılaşmalar investisiyaları ləngidir və ölkədə demokratik dəyişiklikləri sual altına qoyur.
Vaşinqton müxalifəti dəstəkləmək əvəzinə sabiq hakimiyyətin nümayəndələri ilə əməkdaşlıq etməyə üstünlük verir və yeni seçkilərin tarixi hələ də açıqlanmır. Ağ Ev neft sənayesinin bərpasına milyardlarla dollar sərmayə qoyulacağını və əsas qazancın yerli xalqın olacağını vəd etsə də, hasilat bölgələrində içməli su çatışmazlığı və işıq problemi hələ də qalmaqdadır.
İqtisadi sövdələşmələrin şəffaf olmaması ciddi suallar doğurur. Neft satışından gələn vəsaitin xüsusi hesaba daxil olmasına baxmayaraq, ABŞ hakimiyyəti bu pulun hərəkəti barədə tam hesabat təqdim etməyib. Analitiklər ilin əvvəlindən bəri satılan neftin dəyərini 13 milyard dollardan çox qiymətləndirirlər.
Harvard Universitetinin iqtisadçısı Rikardo Hausmann mövcud münasibətləri iki kleptokratiyanın koalisiyası kimi səciyyələndirib. Venesuelalı müxalif siyasətçilər ölkədə legitim hakimiyyətin, seçkilərin və real dəyişikliklərin vacibliyini vurğulayaraq, siyasi sabitlik olmadan investorların etimadını bərpa etməyin qeyri-mümkün olduğunu bildirirlər.




