
ABB mobile istifadəçiləri kino biletlərini birbaşa tətbiqdən ala biləcəklər
ABB və CineMastercard arasında imzalanan əməkdaşlıq müqaviləsi çərçivəsində müştərilər kino biletlərini birbaşa ABB mobile tətbiqi üzərindən əldə edə biləcəklər.
Müştərilərinə təqdim etdiyi imkanları genişləndirməyə davam edən ABB, CineMastercard şirkəti ilə yeni tərəfdaşlıq sazişi imzalayıb. Bu əməkdaşlıq çərçivəsində tərəflər birgə innovativ layihələrin icrasını və müştərilər üçün eksklüziv təkliflərin hazırlanmasını nəzərdə tutur.
Sənədə əsasən, kinoteatrlarda bank brendinin yerləşdirilməsi, premium zalların "ABB zalları" adlandırılması, habelə ABB müştərilərinə bilet satışına erkən keçid imkanının yaradılması planlaşdırılır. Bundan əlavə, mobil tətbiqlər arasında qarşılıqlı inteqrasiya təmin olunacaq.
Yaradılan yeni imkan sayəsində ölkəmizdə ilk dəfə olaraq istifadəçilər başqa heç bir platformaya keçmədən birbaşa ABB mobile üzərindən kino biletləri ala biləcəklər. Tətbiq daxilində film və seans axtarışı aparmaq, yer seçmək və ödənişi tamamlamaq mümkün olacaq.




