
Zəfər Gününə həsr olunmuş məktəblilərin rəsm sərgisi açılıb
Azərbaycan Dövlət Kukla Teatrında Xətai rayon 1 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdlərinin əl işlərindən ibarət sərgi təşkil olunub.
Azərbaycan Dövlət Kukla Teatrında Xətai rayon 1 nömrəli Uşaq İncəsənət Məktəbinin rəssamlıq şöbəsi şagirdlərinin əl işlərindən ibarət 8 Noyabr – Zəfər Gününə həsr olunmuş sərgi ziyarətçilrin üzünə açılıb.
Azərbaycan Dövlət Rəssamlar İttifaqının üzvü, rəssam-pedaqoq və məktəbin rəsm müəllimi Aybəniz Şahvələdova bildirib ki, ekspozisiyada birinci, dördüncü sinif şagirdlərinin, həmçinin məzunların əsərləri yer alıb.
O qeyd edib ki, uşaqların vətənpərvərlik ruhunu və milli dəyərlərə bağlılığını nümayiş etdirmək məqsədi daşıyan sərgidə sulu boya, quaş və kətan üzərində işlənmiş rəsmlər nümayiş olunur. Əsərlərdə Qarabağın, Səbailin mənzərələri və Vətən mövzusu əksini tapıb.
Müəllim şagirdlərin təşəbbüsə böyük həvəs və yaradıcı ideyalarla qoşulduğunu, qısa müddətdə gözəl nəticə əldə etdiklərini vurğulayıb.




