
Müğənni Rəqsanə İsmayılova sənətlə vidalaşmağa hazırlaşır
Tanınmış ifaçı Rəqsanə İsmayılova biznes quraraq musiqi sənətindən tamamilə uzaqlaşmaq niyyətində olduğunu bildirib.
AzadAzərbaycan xəbər verir ki, populyar müğənni Rəqsanə İsmayılova səhnə fəaliyyətini başa vurmağı planlaşdırır. Sənətçi bu barədə qonaq olduğu "10+" televiziya proqramında açıqlama verib.
İfaçı bildirib ki, hazırda qarşısında duran mühüm planları yekunlaşdırmağa çalışır. O, yaradıcılıq işlərini tamamladıqdan sonra müsiqi aləmi ilə tam vidalaşacağını vurğulayıb.
Səhnə həyatından yorulduğunu dilə gətirən Rəqsanə İsmayılova gələcəkdə özünü biznes sahəsində sınamaq niyyətindədir. Müğənninin sözlərinə görə, əsas məqsədi şəxsi biznesini qurduqdan sonra sənətdən dərhal uzaqlaşmaqdır.




