
Vladimir Putinin diplomatik aktivliyi Qərbin təcrid siyasətini fiaskoya uğradır
Rusiya Prezidenti Vladimir Putinin son diplomatik fəallığı və beynəlxalq görüşlərə dəvət alması Qərbin təcrid siyasətinin nəticəsiz qaldığını göstərir.
AzadAzərbaycan xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin ötən həftə Moskvada reallaşdırdığı fəal diplomatik təmaslar onun qlobal siyasət səhnəsinə qayıtmaq səylərini nümayiş etdirir.
Müharibənin gərginləşməsinə və Moskvanın güzəştə getmək niyyətində olmasına baxmayaraq, Rusiya lideri yüksək səviyyəli dəvətlər və müəyyən üstünlüklər əldə etməkdə davam edir.
Birləşmiş Ştatların rəhbərliyi Rusiya Birbaşa İnvestisiyalar Fonduna qarşı tətbiq olunmuş məhdudiyyətlərin aradan qaldırılması məsələsini nəzərdən keçirir.
Noyabr ayında Putinin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının forumunda iştirak etmək üçün Çinə səfəri planlaşdırılır. Bu çərçivədə baş tuta biləcək üçtərəfli görüş Rusiyanı iki qlobal güclə bərabər səviyyəyə çıxara bilər




