
Ukrayna Prezidenti Vladimir Zelenski Putinlə Türkiyədə görüşə bilər
Ukrayna lideri Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinlə Türkiyədə bir araya gəlməyə hazır olduğunu açıqlayıb.
AzadAzərbaycan xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə Türkiyədə görüşməyə hazır olduğunu bəyan edib. O, bu barədə media nümayəndələrinə verdiyi açıqlamada danışıb.
Zelenski Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Rusiya prezidenti ilə xüsusi münasibətlərə malik olduğunu vurğulayıb. Məhz bu səbəbdən onlar Türkiyə ərazisində baş tutacaq sammiti dəstəklədiklərini ifadə ediblər.
Ukrayna rəhbəri əvvəllər müxtəlif ölkələrdə, o cümlədən Birləşmiş Ərəb Əmirliklərində texniki qrupların və nümayəndə heyətlərinin iştirakı ilə görüşlərin keçirildiyini xatırladıb. Lakin bütün bu müzakirələrə baxmayaraq, hərbi əməliyyatlar hələ də davam edir.
Dövlət başçısı qeyd edib ki, əgər ölkə rəhbərləri siyasi iradə nümayiş etdirsələr, həll olunmayacaq heç bir məsələ qalmaz. O, xüsusilə qərar qəbul edən şəxslərin bir araya gəlməsinin vacibliyini diqqətə çatdırıb.




