
Tanınmış türkiyəli sənətçi 78 yaşında üçüncü dəfə ailə həyatı qurdu
Redaksiya1 dəq oxu
Türkiyəli xalq musiqisinin tanınmış ifaçısı Tuğrul Şan üçüncü dəfə nikah masasına əyləşib.
Türkiyəli xalq musiqisi ifaçısı Tuğrul Şan üçüncü dəfə evlənib. AzadAzərbaycan xəbər verir ki, 78 yaşlı sənətçi Canan Erdaş adlanan xanımla həyatını birləşdirib.
Nikah mərasimində cütlüyün ən yaxın dostları və ailə üzvləri iştirak ediblər.
Qeyd edək ki, Tuğrul Şan bundan əvvəl iki dəfə ailə qurub. Sənətçinin əvvəlki nikahlarından üç övladı var.




