
Tanınmış müğənni Mustafa Sandalın yeni imici müzakirələrə səbəb oldu
Redaksiya1 dəq oxu
Türkiyəli məşhur sənətçi Mustafa Sandal İstanbulda konsert verib. Onun dəyişən xarici görünüşü sevənlərin diqqətini çəkib.
Türkiyəli tanınmış müğənni Mustafa Sandal İstanbul səhnəsində pərəstişkarlarının qarşısına çıxıb.
Konsert zamanı ən sevilən hitlərini səsləndirən sənətçi bu dəfə təkcə ifası ilə deyil, stilindəki yeniliklərlə də diqqət mərkəzinə düşüb.
Saç tərzini dəyişərək əvvəlkindən daha qısa kəsdirən ifaçının yeni imici sosial şəbəkə izləyiciləri tərəfindən geniş müzakirə olunub.
Sənətçinin bu fərqli tərzi pərəstişkarları arasında müxtəlif reaksiyalara və maraqlı şərhlərə yol açıb.




